Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 03:34

Türkiyə ilə hərbi əlaqələr müzakirə edilib


Türkiyə donanması

Müdafiə naziri Zakir Həsənov aprelin 12-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlu-nun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xəbəri Müdafiə Nazirliyi yayıb.

Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Nazir bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəfdən ötrü faydalı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində münasibətlərin genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər birgə təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə ekspert qrupları və hərbi mütəxəssislərin qarşılıqlı səfərləri, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin inkişafının vacibliyini xüsusi qeyd ediblər.

Türk nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığında da olub.

Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə admiral Bülent Bostanoğlu arasında keçirilən görüşdə də iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Bülent Bostanoğlu aprelin 11-də Azərbaycana gəlib. Bu səfərin aprelin 14-ə kimi davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG