Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 23:02

'Green City'də uçqun olub, 2 nəfər ölüb [yenilənib]


"Green City” istirahət mərkəzi

Bu gün, aprelin 12-də Bakıda, Şıx qəsəbəsindəki “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib. Ölən və yaralananların olduğu bildirilir.

Səhiyyə Nazirliyinin məlumatında görə, uçqun baş verən ərazidə 6 nəfər olub.

Buna da bax:​ Yataqxanada uçqun olub

Nazirliyin mətbuat xidmətindən deyiblər ki, hadisə yerində olanlardan iki nəfər həlak olub.

“4 nəfərə yardım göstərilib. 1 nəfərə yerində yardım edilib, 3 nəfər isə Klinik Tibbi Mərkəzinə yerləşdirilib”, mətbuat xidmətindən bildiriblər.

* * *

Uçquna görə cinayət işi açılıb

“Bakıda istirahət mərkəzində baş vermiş uçqunda xəsarət alanların sağlıq durumu normaldır”.

Bu haqda uçqunda xuçqubəsarət alanların yerləşdirildiyi xəstəxananın cərrahı Rövşən Behbudov məlumat verib.

Buna da bax:​ Dağılan yataqxananın yanında hündürmərtəbəli bina

“Hər 3 xəsarət alan şəxsin sağlıq durumu normaldır. Hazırda onların həyatına təhlükə yoxdur”, – cərrah bildirib.

Klinik Tibbi Mərkəzə yerləşdirilənlər Əmir Mehdiyev, Ayaz Orucov və Təbriz Şükürovdur.

Uçqun nəticəsində xəsarət alanlardan birinə isə hadisə yerində tibbi yardım göstərilib.

Uçqun hadisəsi ilə bağlı, artıq Səbail rayon Prokurorluğunda cinayət işi açılıb.

Buna da bax: “Keçən il balkon uçdu, dünən isə mətbəx”- [Video, Foto]

Prokurorluqdan bildiriblər ki, baş vermiş hadisə Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi üzrə araşdırılır.

Prokurorluqdan bildirildiyinə görə, uçqun zamanı iki nəfər - Rövşən İbrahimovRamal Yolçuyev həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG