Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

Uşaq bağçaları hara yox oldu?


Uşaq bağçasının açılışına Mehriban Əliyeva gəlib
Uşaq bağçasının açılışına Mehriban Əliyeva gəlib

Bakıda 26 min uşaq üçün nəzərdə tutulmuş 308 dövlət uşaq bağçası fəaliyyət göstərir. Turan informasiya agentliyinin məlumatına görə, məktəbəqədər uşaq müəssisələrinə 33 min uşaq gəlir. Bəzən 20 nəfər üçün nəzərdə tutulmuş qrup 40 uşaqdan ibarət olur. Uşaq bağçalarında hədsiz dərəcədə yer çatışmazlığı müşahidə olunur. Valideynlər iddia edirlər ki, uşağı dövlət bağçasına rüşvətsiz düzəltmək, demək olar ki, qeyri-mümkündür.

2012-ci ilə Azərbaycanda 1667 uşaq bağçası var idi.Maraqlıdır ki, 1990-cı illərin əvvəlindəki özəlləşdirməyə qədər ölkədə 2185 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərirdi, onlardan 300 uşaq bağçası özəlləşdirmə prosesində yox oldu, digər müəssisələrin də taleyi qaranlıq məsələdir. O vaxtdan əhali 30% artıb, bağçaların sayı isə təxminən 2 dəfə azalıb.

Həmin uşaq bağçaları hara yox oldu?

Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə özəlləşdirmə prosesi başlayandan sonra həmin vaxtlar Təhsil nazirliyinin rəhbərliyi özəlləşmə adı altında insanları aldatdılar. Ekspertin fikrinə görə həmin vaxtlar bir çox uşaq bağçalarının təyinatı dəyişdirildi. Etibar Əliyev deyir ki, təhsil pilləsindən biri sayılan məktəbəqədər təhsil müəssisələrinin hazırki tabeçilik məsələsi də ayrı bir problem yaradır.

Onun sözlərinə görə bağçaların icra hakimiyyətlərinə tabeçiliyi üzündənTəhsil nazirliyinin həmin qurumların işinə nəzarət etmək imkanı yoxdur və bunun özü də bağçaların silinməsinə imkan yaradır. Ekspert bildirir ki, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsini genişləndirmək üçün dövlət proqramı hazırlanmalıdır.

Etibar Əliyev: "özəlləşmə adı altında insanları aldatdılar"
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00
Direct-ə keçid

Milli Məclisin Təhsil komissiyasının sədri olmuş Şahlar Əsgərov bildirir ki, vaxtı ilə 2001-ci ildə bu məsələ geniş müzakirə obyektinə çevrilmişdi. Onun sözlərinə görə hətta həmin vaxtlar uşaq bağçalarının yerində kafe və digər məişət obyektlərinin açılması ilə bağlı yüksək səviyyələrdə məlumatlar da var idi. Ekspert uşaq bağçalarının sayının azalmasını cəmiyyət üçün faciə hesab etdiyini bildirir.

Şahlar Əsgərov: "uşaq bağçalarının yerində kafe..."
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

Təhsil üzrə ekspert Nadir İsrafilov deyir ki, statistikaya əsasən sovet dövründə uşaq bağçalarının sayı ilə müstəqillik dövründəki sayı müqayisə etdikdə kəskin azalmanın şahidi oluruq. Onun sözlərinə görə müstəqillikdən sonra bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən boşluqlar yarandı.

Ekspert deyir ki, həmin şəraitdə 300-ə qədər uşaq bağçasının özəlləşməyə çıxarılması nəticəsində boşluqlardanişbazlar və digər maraqlı şəxslər istifadə etdi.Nadir İsrafilov bildirir ki, bir çox bağçalar sökülərək yerində göydələnlər və digər məişət obyektləri tikdilər. Eksperin sözlərinə görə indi təhsilə dair dövlət strategiyasında bu məsələ prioritet məsələ kimi qoyulub.

Nadir İsrafilov: "bağçalar sökülərək, yerində göydələnlər tikildi"
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG