Fransız rejissoru Luc Besson'nun "Valerian və min planet şəhəri" filmi Fransa və dünya kinosu tarixinə ən bahalı film kimi düşüb. Bu haqda "Cineuropa" film dərgisi xəbər verir.
Filmin büdcəsi təqribən 197 milyon avrodur. Buna qədər Fransada 2008-ci ildə çəkilən daha bir fransız filmi "Asteriks Olimpiya oyunlarında" filmi də 78 milyon avropluq büdcəsiylə bahalı filmlər siyahısına düşmüşdü.
"Valerian və min planet şəhəri"nin traileri.
Baş rollarını Cara Delevingne və Dane DeHaan'ın oynadığı film xüsusi agentlərin kosmik macəralarından bəhs edir. Film yüz faiz fransız filmi olsa da ingiliscə çəkilib.
Filmin dünya üzrə premyerası iyulun 20-si baş tutacaq.