Keçid linkləri

2017, 27 İyun, çərşənbə axşamı, Bakı vaxtı 12:38

54 sülhməramlı Əfqanıstana yola salınıb


Sülhməramlılar

Azərbaycan Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu NATO-nun «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərməkdən ötrü aprelin 12-də Əfqanıstana yola salınıb.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Nazirlik bildirir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun «Qətiyyətli dəstək» missiyası isə 2015-ci ilin yanvarından həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG