Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 09:26

WikiLeaks'in qurucusu haqda sənədli filmin premyerası ABŞ-da olacaq


WikiLeaks saytının yaradıcısı Julian Assange Ekvador səfirliyindən qatıldığı bir canlı yayımda.
WikiLeaks saytının yaradıcısı Julian Assange Ekvador səfirliyindən qatıldığı bir canlı yayımda.

Oscarlı rejissor Laura Poitras'ın qalmaqallı WikiLeaks saytının qurucusu Julian Assange haqda çoxdan gözlənilən sənədli filmi önümüzdəki bazar günündən etibarən göstərilməyə başlayacaq.

Dünyanın ən qalmaqallı jurnalist və ictimai fəallarından olan Julian Assange'nin fəaliyyətinin pərdə arxasına işıq salan "Risk" adlanan film Kabel kanalı "Showtime'nin" və "Neon" kinoşirkətinin birgə istehsalıdır. Bu haqda "Variety" film dərgisi xəbər verir.

Amerikalı rejissor Laura Poitras.
Amerikalı rejissor Laura Poitras.

Bu amerikalı rejissorun ekrana çıxmış ilk sənədli filmi bənzər mövzulu "Ciztizen Four" olub. Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş işçisi Edward Snowden'in səs-küylü açıqlamalarından bəhs edən film Poitrasa Oscar mükafatı qazandırmışdı.

Altı ilə çəkilmiş "Risk" filmi televiziyalara çıxmazdan bir neçə ay öncə ABŞ-da kiçik bir kinoteatrda göstəriləcək.

Buna da bax: ABŞ Rusiya və 'WikiLeaks' arasındakı vasitəçilərin tapıldığını bildirir

"Risk" filminin yarımçıq versiyası 2016-cı ildə Kann film festivalında göstərilib müsbət rəy almışdı. Filmin tam versiyasında isə Assange'nin yaxın çevrəsi və 2016-cı ildə ABŞ-dakı prezident seçkiləri zamanı Wikileaks'in fəaliyyətindən bəhs edir. Məhz həmin dövrdə Wikileaks saytı Demokratlar Partiyası Komitəsinin minlərlə sənəd və elektron məktublarını yayınlamışdı, bəziləri bu sənədlərin seçkinin nəticəsinə təsir edə biləcəyini düşünülür.

Laura Poitrasın çəkdiyi "Risk" filminin traileri.

Xatırladaq ki, Assange 2012-ci ildən bəri Ekvadorun Londondakı səfirliyinə sığınıb. O üzərindən atdığı zorlama iddialarına görə sorğu-sual olunmaq üçün İsveçə verilməsini istəmir, çünki bu halda Wikileaks saytındakı fəaliyyətinə görə ondan intiqam alınacağını iddia edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG