Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 11:27

Atəşkəslə bağlı 11 aprel açıqlaması


Qarabağda Azərbaycan əsgəri.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəsi 111 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan və İcevan rayonlarından Qazax rayonunun Qızılhacılı, Kəmərli, Berd rayonundan da Tovuz rayonunun Əlibəyli kəndi atəşə tutulub.

Nazirlik bildirir ki, işğal altında olan Ağdam rayonunun Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Tərtər rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG