Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:56

Hacı Cavad məscidinin söküləcəyi bildirilir


Hacı Cavad məscidi

Bakıdakı Hacı Cavad məscidi ilə bağlı narahatlıqlar azalmır. Artıq, bir müddətdir ki, kimi məscidin söküləcəyini, kimisi də bunun əksini söyləyir.

Bu gün, aprelin 10-da da bu məsələni yenidən vəkil Cavad Cavadov gündəmə daşıyıb.

Vəkilin bildirdiyinə görə, yerli icra hakimiyyəti qurumlarından sakinlərə gəlmiş məlumatlarda məscidin söküləcəyi bildirilir.

Buna da bax:​ 'İlahiyyat məscidi' QMİ-yə verildi

“Bu məscidi Mədəniyyət və Turizm Nazirliyi yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edib. Məscidin sökülüb-sökülməməsi ilə bağlı vəziyyət qeyri-müəyyəndir”, - deyən vəkil məsələni aydınlaşdırmaq məqsədi ilə Yasamal rayon İcra Hakimiyyətinə sorğusu göndərdiyini bildirib.

Vəkil əlavə edib ki, sökülmə qərarı verildiyi halda həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi məsələsi nəzərdən keçiriləcək.

“Lakin reallıqda bu tipli söküntülərin ildırım surəti ilə həyata keçirildiyini anlayırıq. Yenə də inanırıq ki, belə niyyətləri olan məmurlar bundan vaz keçəcəklər”.

Buna da bax:​ Qanunsuz mədrəsələrdə uşaqlara nə öyrədirlər?

Bir qədər öncə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məscidin söküləcəyi ilə bağlı məlumatları təkzib etmişdilər.

Hacı Cavad məscidi Bakının mərkəzində, Çingiz Mustafayev küçəsində yerləşir.

Yerli camaatın bildirdiyinə görə, məscidi Hacı Cavad adlı tacir tikdirib.

Buna da bax:​ Sabir Həsənli: 'Heydər məscidində biz vəhdət namazına nail olmuşuq'

Məscidin giriş qapısının üstündə 3 daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir.

Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG