Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 23:05

Fonda görə büdcə 550 min itirib - Palata


Manat

Hesablama Palatası 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun Şəki, Lənkəran şəhərləri, Suraxanı və Ağcabədi rayon şöbələrində audit həyata keçirib.

Hesabatda qeyd edilir ki, sözügedən şöbələr məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlaşdırmanı əsaslı aparmayıb, fiziki sahibkarlar, kənd təsərrüfatına yararlı torpaq sahələrinə malik şəxslərin gəlir üzrə potensialı tam nəzərə alınmayıb.

Hesabata görə, yol verilmiş nöqsanlarla bağlı maliyyə sanksiyasının tətbiq edilməməsi üzündən şöbələr üzrə ümumilikdə 340.9 min manat məcburi dövlət sosial sığorta haqqı az hesablanıb.

Üstəlik, bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənməməsi səbəbindən toplanılmış 209.2 min manatın hesablara daxil edilmədiyi bildirilir.

Hesabatda deyilir ki, pensiya və müavinətlər üzrə müraciətlərin qəbul edilməsi, hesablanması, ödənilməsi istiqamətində də bir sıra nöqsanlara yol verilib.

Hesablama Palatasının hesabatına, hələlik, Dövlət Sosial Müdafiə Fondunun sözügedən şöbələrindən hər hansı münasibət bildirilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG