Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:40

Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçirilən prezident seçkisində parlamentin spikeri Anatoly Bibilov öndədir. Bu seçkini Tbilisi tanımır, Birləşmiş Ştatlar «qanunsuz» adlandırır.

Seçki komissiyası aprelin 10-da bildirib ki, bülletenlərin 90 faizi sayılıb və Bibilov səslərin 58 faizini toplayıb. Bu da o deməkdir ki, seçkilərin ikinci raundu olmayacaq.

Seçicilərin 81 faizinin səsvermədə iştirak etdiyi bildirilir. Hazırki lider Leonid Tibilov 30 faiz, regional Dövlət Təhlükəsizlik Xidmət əməkdaşı səslərin 11 faizini toplayıb.

Seçki Komissiyasının məlumatına görə seçicilərin 78 faizi regionun adının «Cənubi Osetiya Respublikası – Alaniya Dövləti»nə dəyişdirilməsi də dəstəkləyiblər.

Rusiya Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya regionlarını tanıyıb, amma əksər ölkələr bu regionları Gürcüstanın ayrılmaz hissəsi sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG