Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya yola düşüb. Xəbəri bu gün, aprelin 10-u Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

E.Məmmədyarovun Polşa xarici işlər naziri Witold Waszczykowski və digər rəsmi şəxslərlə görüşü gözlənilir.

Polşaya səfər çərçivəsində E.Məmmədyarov aprelin 12-də Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında da iştirak edəcək.

Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazir E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı da nəzərdə tutulur.

Vışeqrad qrupu Çexiya Respublikası, Macarıstan, Polşa və Slovakiyanın 2004-cü ildə yaratdığı qurumdur.

Şərq Tərəfdaşlığı Proqramına isə 6 ölkə-Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG