Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:01

ABŞ-ın dövlət katibi Rex Tillerson sənaye ölkələrinin Böyük Yeddilik (G7) qrupunun toplantısına qatılmaqdan ötrü İtaliyaya gedib. Toplantı çərçivəsində Suriya böhranıyla bağlı xüsusi iclas keçiriləcək.

Tillerson və G7-nin digər xarici işlər nazirləri aprelin 10-da görüşəcəklər. Aprelin 11-də isə Suriyanı müzakirə edəcəklər. Həmin xüsusi iclasa G7 üzvləriylə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və Qətərin də xarici işlər nazirləri qatılacaq.

Böyük Yeddiliyə Birləşmiş Ştatlar, Yaponiya, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa və Kanada daxildir. Rusiya G8-in üzvüydü, amma 2014-cü ildə Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra qrupdan çıxarılıb.

Suriya toplantısında G7 həmkarlarının Tillerson-u ABŞ-ın Suriya siyasətini aydınlatmasına yönəlik sorğu-suala tutacağı gözlənilir.

Britaniyanın «The Sunday Times» qəzeti aprelin 10-da yazıb ki, Rusiya Assad-la münasibətləri kəsməyə razılaşmasa, Britaniya ona yeni sanksiyalar tələb edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG