Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 14:49

Tillerson Rusiyanı Suriyanın kimyəvi silah işlətməsinə mane olmamaqda günahlandırır


Rex Tillerson

ABŞ Dövlət katibi Rex Tillerson deyib ki, aprelin 11-də Moskva görüşündə, Rusiyanın öz müttəfiqi Suriyanın kimyəvi silahdan istifadə etməsinə mane olmadığını israr edəcək.

AzadlıqRadiosunun Reuters və digər mənbələrə istinadla verdiyi məlumatına görə, Tillerson aprelin 9-da ABC-ə müsahibəsində deyib ki, o, səfər zamanı Rusiya hökumətini Suriyada kimyəvi silahların ləğvinə qarant olması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhtəliyi yerinə yetirməyə çağıracaq.

Tillerson xəbərdarlıq edib ki, əgər Suriya bir daha kimyəvi hücuma əl atsa, bu açıq şəgildə ABŞ-Rusiya münasibətlərinə ziyan vuracaq.

Qeyd edək ki, ABŞ Suriyada törədilən kimyəvi hücuma cavab olaraqaprelin 7-də Suriyanın hərbi-hava bazasına raket zərbələri endirib.

ABŞ dinc sakinlərə qarşı işlədilən bu hücuma görə birbaşa Suriya rejimini ittiham edir.

Suriya prezidenti Bashar Assadın yaxın müttəfiqləri olan Rusiya ilə İran isə ABŞ-ın raket zərbələrini ittiham edib, bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər.

Amma Türkiyə və aparıcı Avropapa Birliyi ölkələri ABŞ-ın bu addımını dəstəkləyiblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG