Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

NASA Günəşə zond göndərəcək


Günəş – nəhəng alovlu bir şardır, o, ona yaxın düşən hər bir şeyi yandırmağa hazırdır. Buna baxmayaraq, NASA Günəşin yuxarı atmosfer qatlarına çata biləcək Solar Probe Plus tədqiqat zondunu göndərməyi planlaşdırır.

Sözügedən zond Con Hopkinsin (John Hopkins) tədqiqi fizika universiteti mütəxəssisləri tərəfindən hazırlanır. Hər şey düşünüldüyü kimi gedərsə, layihəyə 2018-ci ilin iyul ayında start veriləcək.

Startdan sonra kosmik cihaz uzun müddət ərzində uçuş edəcək və 7 il ərzində Günəşin ətrafını 24 dəfə fırlanmış olacaq. Zond hansısa məqamda Günəşə 37.6 milyon km-dək yaxınlaşmış olacaq. Bu isə o deməkdir ki, Solar Probe Plus həmin anda “cəhənnəm” istisində olacaq. Qorxu heç də boş yerə deyil. Günəşin səthindəki istilik 5500 dərəcədir, nüvənin daxilindəki hərarət isə bəzi qiymətləndirmələrə görə, 17 milyon dərəcəyə çatır.

Zond – əgər işlək durumda qalarsa, bizə korona (Günəş atmosferinin yuxarı qatı) tullantı kütlələrini, maqnit sahələrinin dinamikasını öyrənməyə, korona enerjisinin səviyyəsini ölçməyə, enerji hissəciklərinin mexanizmini və sürətini müəyyən etməyə yardımçı olacaq.

Kosmik Sistem Proqramları İdarəsinin rəhbəri Simus Tofinin (Seamus Tuophy) sözlərinə görə, illərdir ki, alimlər Günəşi öyrənirlər, lakin onlar heç vaxt daxildən Günəşin atmosferini öyrənməyə müvvəffəq olmayıblar: “Belə bir missiya üçün esktremal şüalanmalara qarşı tab gətirə biləcək, yüksəksürətli uçuş və sərt günəş şərtlərinin öhdəsindən gələ biləcək xüsusi kosmik avadanlıqlar tələb olunacaq. Bu proqram isə Dreyperə və Smitson Astrofizik Rəsədxanasına çox yaxşı tanışdır”.

NASA-nın üzərində çalışdığı zond 610 kq çəkidədir, bu isə daha öncə hazırlanan obyektlərdən fərqli olaraq, onun daha sürətlə uçmasını və Günəşə daha yaxın getməsini təmin edəcək.

Korona tullantı kütlələrini tez-tez Günəş partlayışları ilə dəyişik salırlar, lakin bu tamamilə fərqli proseslərdir. Günəş partlayışı sadəcə Günəşdə işığın artmasıdır, bu da çox vaxt Günəş səthindən qalxan daha sonra isə aşağı yatan nəhəng plazma düyünlər və dalğalarla müşaiyət olunur.

Plazmanın böyük həcmdə kosmosa atılmasını alimlər korona tullantı kütləsi adlandırırlar. Bu proses böyük yüklənmiş hissəcik axını ilə müşayiət olunur (həmçinin Yer kürəsi istiqamətinə də). Bu proses peykləri, elektrik enerji təchizatı sistemlərini sıradan çıxara və Beynəlxalq Kosmik Stansiyası ekipajına ziyan verə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG