Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:51

Mercedes “krossoverlərin kral”ını yollara buraxır


Son mersedes-sayağı ənənələrə görə, avtomobilin iki versiyası olacaq: 476 at gücü olan GLC 63 və 510 at gücü olan GLC 63S. Hər iki maşında da maksimal sürət saatda 250 km göstəricisi ilə məhdudlaşdırılıb, lakin “baza” GLC 63 4.0 saniyədə 100 km/s-dək, GLC 63S isə 0.2 saniyə daha tez sürətlənə bilir.

Bu Mercedes-lə nəinki, Audi SQ5 və ya BMW X4, hətta Porsche Macan belə rəqabətə girə bilməz: ən güclü “Macan” 440 at gücünə malikdir və 4.4 saniyəyə “yüz”ə çatır. Ona görə ən sürətli premium-krossover titulunu Mercedes-AMG alıb.

Mercedes-in dörd litrlik mühərriki 9-mərhələli AMG Speedshift MCT sürət qutusu və yeni 4Matic+ ötürücü sistemi – çoxdiskli mufta ilə təchiz edilib.

Onu da qeyd etmək lazımdır ki, GLC 63 öz-özünə bloklanan differensialla, avtomobilin S versiyası isə elektroidarə edilən “diff”lə təchiz edilib.

Maşınların hər ikisi üçkameralı Mercedes pnevmatik asqısı və adaptiv amortizatorlarla təchiz edilib. Krossover amortizatorun sürəti kameraların istifadəsinə nəzarət etməklə yanaşı sürücünün seçdiyi şərt və ya tərcihinə görə də dəyişə bilir.

Avtomobilin salonu isə dəridəndir. Təbii dəri olmasa da o, salonun hər yerinə, hətta kontrol panelinə də çəkilib.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG