Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:16

Stokholmda yük maşını kütlənin üzərinə sürülüb,ölənlər var


Stokholm, 7 aprel, 2017
Stokholm, 7 aprel, 2017

Stokholmda yük maşını kütlənin üzərinə sürülüb.

Bu barədə AzadlıqRadiosu aprelin 7-də BBC, Reuters və digər kütləvi informasiya vasitələrinə (KİV) istinadla xəbər verir.

İsveçin “Sveriges” radiostansiyası 3 nəfərin öldüyünü xəbər verir.

Həmçinin kütləvi informasiya vasitələrinin məlumatına görə, xəsarət alanlar var, amma onların sayı hələlik dəqiq bəlli deyil.

İsveçin baş naziri Stefan Lofven bildirib ki, bütün əlamətlər bunun "terror aktı" olduğunu göstərir.

Polis həmçinin terror versiyasının araşdırıldığını bildirir.

Təsdiq olunmamış məlumatlara görə, hadisə yerindən atəş səsləri eşidilib.

İnsident insanların gur olduğu Srottninqqatan küçəsində baş verib.

Bəzi məlumatlara görə yük maşını bir qədər sonra Mağazaya çırpılıb.

Polis insanları şəhərin mərkəzində evakuasiya edib.

Rəsmilər bunun terror aktı olub-olmaması barədə hələlik bir şey deməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG