Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:11

İlahiyyatçı Sərdar Babayev həbsdə qalıb


Sərdar Babayev

Aprelin 6-sı Şirvan Apellyasiya Məhkəməsində Sərdar Babayevin (Hacıhəsənli) həbs müddətinin uzadılmasına dair Masallı rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Bunu AzadlıqRadiosuna S.Babayevin vəkili Cavad Cavadov bildirib.

Vəkil deyir ki, əvvəlki proses kimi yenə məhkəməyə gedən yol bağlanmışdı. Bu da insanlarda narazılıq yaratmışdı: «Polis məni məhkəməyə aparan maşını yenidən buraxmaq istəmirdi. Yalnız məhkəmə ilə danışdıqdan və başa saldıqdan sonra ki, vəkili buraxmasınız, işə baxılma baş tutmayacaq, buraxdılar».

Vəkil deyir ki, məhkəmədən «möcüzə» gözləməyib. Prosesdə onların şikayətləri əsassız sayılaraq Masalı rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb: «İmtina da belə əsaslandırıldı ki, S.Babayev həbsdən buraxılsa, «cinayətkar» fəaliyyətini davam etdirəcək, yəni dini ayinlər yerinə yetirəcək».

XATIRLATMA

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq verilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Üstəlik, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.

S.Babayev həbs edilərkən rayonda bəzi dindar kəsimdən olan insanlar bunu etirazlarla qarşılayıblar. Nəticədə daha bir neçə şəxs saxlanaraq inzibati qaydada cərimələnib.

Yerli sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG