Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 10:32

Peterburq metrosunda partlayış törədənin silahdaşları saxlanıb


Akbarjon Jalilovun yaşadığı bina

Sankt-Peterburq polisi bu günlərdə metroda partlayış törədən Akbarjon Jalilovla əlbir olmaqda şübhəli bilinənləri həbs edib.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

İstintaq komitəsinin məlumatına görə, xüsusi işlər üzrə Baş idarə Jalilovun ətrafını araşdırır.

Amma məlumatda saxlananların adları çəkilmir.

İdarənin nümayəndəsi Svetlana Petrenko “İnterfaks”a deyib ki, istintaq Jalalovun bir neçə silahdaşını müəyyən edib.

"Orta Asiya respublikasından olan və Jalalovla əlaqəsi olan bir neçə nəfər müəyyən edilib.Onların yaşadığı mənzillərində aparılan axtarış əməliyyatı nəticəsində istintaq üçün əhəmiyyətli əşyalar tapılıb və istintaqa göndərilib" Petrenko istintaqa deyib.

Xatırladaq ki, aprelin 3-də Peterburq metrosunda törədilən partlayışda 14 nəfər ölüb, 50 nəfərsə xəsarət alıb.

Aprelin 5-də şəhərdə terrorçuluq ittihamı ilə 6 nəfər saxlanıb.

Polisin məlumatına görə, hələlik onların Jalilovla bağlılığı barədə sübut yoxdur.

Aprelin 6-da isə Peterburqdakı evlərdən birində aşkar edilmiş partlayıcı qurğu zərərsizləşdirilib.

Həmin binadan 3 nəfəri həbs edərək aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG