Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

Rasim Balayev və Fuad Poladovun da oynadığı yeni romantik komediya gəlir


Nazlı filminin afişası.
Nazlı filminin afişası.

Azərbaycan kinosunun tanınmış aktyorları: Rasim Balayev, Fuad Poladov, Məbud MəhərrəmovArif Quliyev yeni “Nazlı” romantik-komediya filmində çəkilib. Bu haqda filmin sosial şəbəkədəki səhifəsində məlumat verilir.

Filmin premyerası aprelin 27-də baş tutacaq. Filmdə həmçinin əməkdar artistlər Mehriban Xanlarova, Nahidə Orucova, gənc aktyorlar Ülvi Həsənli, Qorqud Cəfərli, Xumar Səlimova canlandırıb.

“Nazlı” nın quruluşçu rejissoru Rəhman Rafiqoğlu, quruluşçu operator Əli Sultanov, geyim üzrə rəssamı Mehriban Əfəndidir. Filmin baş produseri Murad Məhərrəmlidir. Film "Cənnət film" və "Zaratustra film" kinokompaniyaları tərəfindən çəkilib.

"Nazlı" romantik-komediyasının traileri.

Filmin baş qəhramanı Nazlı, çox ağıllı və savadlı olmasına rəğmən, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir. Nazlının atası Şamil ağır təbiyyətli, yaşına hörmət edən, adət-ənənəyə sadıq olan, ciddi biznesmendir. Qızının ailə həyatı qurması üçün əlindən gələni edir. Ancaq ailə həyatı qurmaq Nazlının planlarına daxil deyil. Nazlının növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: Ya Nazlı evlənəcək, ya da Şamil qızını var dövlətindən məhrum edəcək.

Bundan sonra Nazlının macəraları başlayır...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG