Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:24

Cinayətlə əldə olunmuş var-dovlət dondurulacaq


Foto illüstrasiya

Azərbaycan parlamenti «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanuna dəyişiklik edilməsi barədə» qanun layihəsini müzakirə edir.

Sözügedən qanun layihəsi aprelin 5-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində müzakirə edilib.

Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər verir.

Layihəni komitə sədri Ziyafət Əsgərov təqdim edib. O bildirib ki, komitədə müzakirə edilmiş sənədlər mahiyyət baxımından bir-birinə bənzəyir. Dəyişikliklər korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyin artırılması məqsədi daşıyır.

Z.Əsgərovun bildirdiyinə görə, dəyişiklik təklifləri cinayət yolu ilə var-dövlət qazananların aktivlərinin xəbərdarlıq edilmədən dondurulmasını nəzərdə tutur.

Komitə iclasında «Vətəndaşların müraciətləri haqqında» Qanuna dəyişikliklər də müzakirə edilib.

Həmin dəyişiklik bu qanunu «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi daşıyır. Layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquq pozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.

«Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna həmin dəyişikliklər ötən il edilmişdi.

Komitə təklifləri parlamentin plenar iclasına tövsiyə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG