Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 15:55

İradə Musayevanın tənqidi məqalələri kitab oldu


İradə Musayevanın “XXI əsrdən baxış: Ədəbi tənqid və bədii söz” kitabının üz qabığı.

Tənqidçi İradə Musayevanın “XXI əsrdən baxış: Ədəbi tənqid və bədii söz” kitabının təqdimat mərasimi və imza günü keçiriləcək. İmza günü aprelin 6-ı, saat 15:00-da “Kitab Evim Az.” da baş tutacaq.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktor və ön sözünün müəllifi akademik Rafael Hüseynov, rəyçilər filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevadır.

Kitabda filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın əsasən son 3-4 ildə yazdığı tənqidi məqalə və esseləri toplanıb.

Buna da bax: İntihardan keçməyən ədəbiyyatımız

Kitabda azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemlərindən bəhs edən tədqiqatlar, eyni zamanda dünya ədəbiyyatı nümunələrinin tənqid predmeti kimi analitik təhlilləri əks olunub. Kitab bir neçə fəsildən ibarətdir: Klassik Azərbaycan ədəbiyyatı; Dünya ədəbiyyatı; Poeziya; Çağdaş Azərbaycan nəsri və roman problemləri; Tərcümə problemləri; “Ədəbiyyatşünaslıq problemləri, ədəbi-estetik düşüncələr; Ədəbi mətbuat; Müsahibələr.

Günün bütün mövzuları

XS
SM
MD
LG