Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 17:51

Həbsdəki şair cəzaçəkmə müəssisəsinə köçürülüb


Saday Şəkərli

«Həbsdəki yazıçı-şair Saday Şəkərlinin sağlıq durumu yaxşılaşıb. O, xeyli vaxt idi ki, səhhətindəki problemlərə görə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilmişdi».

Bunu vəkili Fəxrəddin Mehdiyev bildirib. Onun deməsinə görə, yazıçı-şairin müalicəsi başa çatıb. Sağlıq durumu yaxşılaşdığından onu yenidən 6 saylı cəzaçəkmə müəssisəsinə qaytarıblar.

Şəkər xəstəliyindən əziyyət çəkən S.Şəkərlinin səhhətində həbs edildikdən sonra bir neçə dəfə problemlər yaranıb. Onu bir neçə dəfə müalicə müəssisəsinə yerləşdiriblər.

XATIRLATMA

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib. Ancaq kassasiya şikayəti təmin olunmayıb.

Şair həbsini tənqidi məzmunda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

S.Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Hüquq-müdafiə təşkilatları bir müddət əvvəl S.Şəkərlini «siyasi məhbus» elan ediblər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG