Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:05

Gənc fəalın işindən kassasiya şikayəti verilib


Gənclər bir günün içində necə "narkoman" oldu?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Gənclər bir günün içində necə "narkoman" oldu?

«Həbsdəki gənc siyasi fəal Bayram Məmmədovun işindən kassasiya şikayəti verilib».

Bunu AzadlıqRadiosuna B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib.

Vəkil deyib ki, işə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq: «Amma, hələ ki, məhkəmənin keçiriləcəyi vaxt məlum deyil».

E.Sadıqov qeyd edib ki, şikayətdə B.Məmmədova bəraət verilməsi və pozulmuş hüquqlarının bərpası istənilir.

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.

Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hər iki fəal haqqında hökmləri qüvvədə saxlayıb.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu «vicdan məhbusu» elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir. Amma hakimiyyət təmsilçiləri onların «siyasi məhbus» olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG