Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 09:27

ABŞ səfirliyi peşəkarları ixtisas artırmağa dəvət edir


ABŞ bayrağı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Peşəkar İxtisasartırma Proqramını (Professional Fellows Program) elan edib. Proqram ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması məqsədi daşıyır.

Bu haqda səfirliyin məlumatında bildirilir.

Proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu maliyyələşdirir.

Səfirliyin məlumatında bildirilir ki, universitet bitirən, ingilis dilini sərbəst bilən və dövlət sektorunda müvafiq təcrübəyə malik olan 25-35 yaş arasında Azərbaycan vətəndaşları proqramda iştirak etməkdən ötrü onlayn şəkildə müraciət edə bilərlər.

Müraciətlərdə son tarix bu il aprelin 7-dir.

Səfirlik detallı bilgi almaq istəyənləri Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə əlaqə saxlamağa dəvət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG