Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:21

Rusiya bir sıra Türkiyə məhsullarına məhdudiyyət qoya bilər


 Arkady Dvorkovich
Arkady Dvorkovich

Moskva Ankaraya cavab olaraq bir sıra Türkiyə məhsullarına məhdudiyyət qoya bilər.

İnterfax agentliyinin aprelin 3-də yaydığı məlumata görə, bunu bazar ertəsi baş nazir müavini Arkady Dvorkovich bəyan edib.

“Ola bilsin, istisna deyil. Amma ümid edirəm ki, sağlam fikir üstün olacaq”, Dvarkovich Rusiyanın buna qarşı cavab tədbirləri görməsinin mümkünlüyü ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.

Məlumata görə Türkiyə martın 15-dən Rusiyanı ölkəyə rüsumsüz taxıl ixrac edən ölkələr siyahısından çıxarıb.

Beləliklə rusiyalı ixracçılar indi Türkiyə bazarına taxıl çıxarmaq üçün 130% rüsum ödəməlidirlər.

Həmçinin Rusiyadan gətirilən qarğıdalıya 130%, düyüyə 45%, günəbaxan tumuna 13%, lobyaya isə 9,7 % rüsum tətbiq edilib.

Qeyd edək ki, Rusiya 2015-cı ilin noyabrında Suriya sərhədi yaxınlığında hərbi təyyarəsinin vurulmasına görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.

Türkiyə prezidenti Racep Tayyip Erdogan bir qədər sonra həmin insidentə görə üzr istədikdən sonra Moskva sanksiyaların əksəriyyətini aradan qaldırsa da bu ölkədən tomat, xiyar, alma və armud, həmçinin toyuq və induşka məhsullarının idxalı hələ də sanksiya altındadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG