Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:23

Nursultan Nazarbaev Şəhidlər xiyabanını ziyarət edib


Nursultan Nazarbaev

Azərbaycanda səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbaev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident N.Nazarbaev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş insanların xatirəsini yad edib. «Əbədi məşəl» abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

N.Nazarbaev dünən, aprelin 2-də Azərbaycana gəlib. Onun prezident İlham Əliyev və bir sıra rəsmilərlə görüşü gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG