Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:15

Türkiyə ordusu Suriyada əməliyyatlara davam edəcək


Arxiv fotosu

-

Türkiyə ordusu hər hansı «arzuolunmayan format»a mane olmaq və regionda stabilliyə nail olmaq üçün Suriyada qalacaq.

Martın 31-də açıqlanan bu bəyanatdan iki gün əvvəl Türkiyə elan etmişdi ki, ölkənin Suriya ilə sərhəddində aparılan hərbi əməliyyatlara son verilir.

Türkiyə bildirir ki, özünü İslam Dövləti adlandıran yaraqlılara qarşı əməliyyatlar «uğurla yerinə yetirilib».

«Biz milli təhlükəsizliyimizin müdafiəsinə davam edəcəyik, istənilən arzuolunmayan formata mane olacağıq, Suriya qaçqınlarının öz evlərinə qayıtmasına imkan yaradacağıq, regionda stabillik və təhlüləsizliyi qoruyacağıq», Türkiyə ordusunun bəyanatında deyilir.

Türkiyə Azad Suriya Ordusuna İD yaraqlıları ilə mübarizə aparmağa dəstək verirdi. Azad Suriya Ordusu həm də Türkiyənin terrorçu elan etdiyi Suriya Kürd döyüşçüləri ilə də savaşır.

Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında Bashar al-Assad-ın istefası tələbindən sonra başlayıb.

Hesablamalara görə, 300 min adam öldürülüb, milyonlarla adam qaçqın düşüb.

Rusiya və İran Assad rejimini dəstəkləyir, ABŞ və Türkiyə isə hakimiyyətə qarşı döyüşən müxtəlif qruplaşmaları dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG