Azərbaycanda məşhur "Hababam sınıfı" filmindən tanınan türk aktyoru Halit Akçatepe bu gün İstanbulda infarktan dünyasını dəyişib. O 1938-ci ildə İstanbuda doğulub. İlk dəfə filmə 1943-cü ildə 5 yaşındaykən çəkilib. Ona məşhurluq gətirən ilk film 1972-ci ildə çəkilən "Tatlı Dilim" filmi olsa da, şöhrətin zirvəsinə 1975-ci ildə Güdük Necmi obrazı ilə "Hababam Sınıfı" filmi ilə yüksəlib.
Halit Akçatepenin atası Sıtkı Akçatepe, anası Leman Akçatepe də Türk kinosunda çoxlu rollar almış aktyorlardır.
Buna da bax: Tarık Akan: "97 yaşımda, yatağımda, qəflətən öləcəyəm"
Xatırladaq ki, bundan öncə 2016-cı ilin sentyabr ayında "Hababam sınıfı" filminin daha bir ulduzu Tarık Akan 66 yaşında dünyasını dəyişmişdi.