Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:20

İntihardan başqa çıxış yolu yoxdurmu?


Bakıda 2016-cı il fevralın 5-də intihara cəhd
Bakıda 2016-cı il fevralın 5-də intihara cəhd

Yenə intiharlar. Martın 31-də Bakıda 17 yaşlı qız özünü binanın 7-ci mərtəbəsindən ataraq ölüb . Bir gün əvvəl rayon icra başçısının müavininin xanımı intihar edib. ...Elə həmin gün bir yazıçının intihar etməsi xəbəri yayıldı.

Azərbaycanda insanlar intihardan başqa çıxış yolu görmürlərmi? Psixoloji yardım mərkəzləri yoxdurmu? Ya bunlardan adamların xəbəri yoxdur?

Psixoloq Azad Isazadənin sözlərinə görə Azərbaycan heç vaxt intihar risk qrupuna daxil olan ölkələrin sırasında olmayıb. Psixoloq deyir ki, cənub və şərqdə böyük ailə anlayışı, günəşli ölkələrin olması, bol vitaminlər, şən xalqlar olduğu üçün qərb və şimal ölkələrinə nisbətən bu ölkələrdə intihar və depressiyalar daha az olur. Azad Isazadə deyir ki, ancaq bu o demək deyil ki, həmin ölkələrdə intihar yoxdur və arta bilməz. Psixoloq buna son 5 ildə Azərbaycandakı intiharları misal gətirir. Onun fikrincə Azərbaycanda son 5 ildə intiharlar xeyli arttıb.

Azad Isazadə deyir ki, bunun qarşısını almaq üçün əldə obyektiv statistik informasiyalar olmalıdır. Ancaqbu yoxdur. Onun sözlərinə görə yalnız mediadan məlumat almaq imkanı var və bu da tədbirlər görmək üçün yetərli deyil. Bundan başqa Azərbaycanda intiharları araşdıran, qarşısını almaq üçün iş aparan qurum yoxdur.

Azad İsazadə: "Azərbaycan heç vaxt intihar risk qrupuna daxil olan ölkələrin sırasında olmayıb"
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00
Direct-ə keçid

Respublikanın baş psixoloqu, Azərbaycan Psixoatriya Assosasiyasının prezidenti Nadir İsmayılov deyir ki, adətən depressiyada olan insanlar intihara əl atır. Onun sözlərinə görə depressiyanın səbəbi isə təkcə var-dövlət və maddi çətinliklər deyil.

Psizoloq deyir ki, bunun qarşısını almaq üçün əhali arasında maarifləndirmə işi aparılmalıdır, sosial ədalətsizlik olan yerlərdə ədalət bərpa edilməlidir, maddi çətinliyi olan adamlara yardımlar edilməlidir, depressiyada olan insanlar dərhal müalicəyə alınmalıdır.

Nadir İsmayılov: "adətən depressiyada olan insanlar intihara əl atır"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Sosioloq Əhməd Qəşəmoğlu intiharların yalnız iqtisadi-sosial çətinliklə bağlı olduğu və ya cəmiyyətin inkişafının göstəricisi kimi qəbul edilməsi ilə razılaşmır.

Sosioloq deyir ki, inkişaf etmiş cəmiyyətlərdə də belə halların olması göstərir ki, bu məsələnin həlli ilə bağlı onlarda da problemlər var. Əhməd Qəşəmoğlunun fikrincə insanlar sevdikləri işləməşğul olsalar və həyat sevgiləri olsa, bu onların intihar barədə düşünməyə imkan verməz.

Əhməd Qəşəmoğlu: "bu problem İnkişaf etmiş ölkələrdə də var"
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG