Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:48

31 mart qırğınının 99-cu ildönümüdür


31 mart qırğını

1918-ci il martın 30-dan aprelin 2-nə kimi bolşevik-daşnak birləşmələrinin iştirakı ilə Bakıda minlərlə insanın qətlə yetirildiyi bildirilir.

Tarixçilərin bildirməsinə görə, «Təzəpir» məscidi aramsız top atəşinə tutulub, memarlıq abidəsi «İsmailiyyə» binası yandırılıb.

Yerli əhaliyə hücumlar Şamaxı və Qubada da davam edib. Tarixçilərin bildirdiyinə görə, Şamaxıda yerli əhali təqiblərdən canını qurtarmaqdan ötrü «Cümə» məscidinə toplaşıb. Məscid özü top atəşinə tutulub.

1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib. 1919-cu ildə parlament 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Sovet hakimiyyəti illərində bu tarix qeyd olunmayıb.

1998-ci il martın 26-da prezident Heydər Əliyev bu hadisələrlə bağlı «Azərbaycanlıların Soyqırımı haqqında» fərman imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG