Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 16:54

Qiyas İbrahimovun səhhəti pisləşib


Qiyas İbrahimov

"Həbsdəki gənc fəal Qiyas İbrahimovun səhhətində problemlər var".

Bunu AzadlıqRadiosu-na onunla martın 30-da Bakı İstintaq Təcridxanasında görüşən vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, gənc fəalın görməsində problemlər yaranıb.

Buna da bax:​ Qiyas İbrahimovun şikayətinə baxılacaq

“Qiyas İbrahimovun gözlərində kəskin ağrılar yaranıb. Uzağı görməsində problemlər var. Tibbi müayinədən keçirilməsi və tibbi yardım edilməsi ilə bağlı müraciət etsə də, hələ ki, heç bir nəticəsi yoxdur”, vəkil bildirib.

O, Q.İbrahimovun səhhəti ilə bağlı gərəkli hüquqi prosedurları başladacaqlarını bildirib.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Qiyas İbrahimovun işindən Ali Məhkəməyə şikayət olunub

Məhkəmə təxirə düşdü

Gənc fəalın şikayəti ilə bağlı Suraxanı rayon Məhkəməsində bu gün, martın 30-na təyin olunmuş proses isə təxirə salınıb. Q.İbrahimli öz vəkili ilə konfidensial ünsiyyət saxlamaq hüququnun pozulmasından şikayət edib.

E.Sadıqovun bildirdiyinə görə, proses aprelin 4-də keçiriləcək.

XATIRLATMA

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla ötən il mayın 10-da saxlanmışdı.

Buna da bax:​ ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

Daxili İşlər nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb.

Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.

Buna da bax:​ HRW: 'AB Azərbaycan hökumətinə təzyiq göstərsin'

Q.İbrahimov və B.Məmmədov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG