Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 09:40

Texasda yol qəzasında 13 nəfər həlak olub


Qəza. Foto illüstrasiya.

ABŞ-ın cənub-qərbindəki Texas ştatında kilsə avtobusuyla yük maşını toqquşub, azı, 13 nəfər həlak olub.

Martın 29-da baş vermiş qəzada daha 2 nəfər də yaralanıb.

Kilsə avtobusunda 14 nəfər, yük maşınında isə bircə sürücü olub.

Ölən 13 nəfərin hamısı kilsə avtobusunda olanlardır. Yük maşını sürücüsü xəstəxanaya yerləşdirilib, durumu sabitdir. Avtobusdan sağ çıxan bir nəfər ağır vəziyyətdədir.

Kilsə avtobusunda Texasdakı Nyu-Braunfels Birinci Baptist Kilsəsinin aparıcı üzvləri gedirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG