Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 17:55

Türkiyə 'Fərat qalxanı' əməliyyatının bitdiyini elan edir


Suriyada türk ordusu

Türkiyə Suriyanın şimalındakı sərhəd regionunda «Fərat Qalxanı» hərbi əməliyyatının sona çatdığını elan edir. Amma bu ölkədən hərbçilərini geri çəkib çəkmədiyini bildirməyib.

Baş nazir Binali Yıldırım martın 29-da deyib ki, əməliyyat uğurlu olub və başa çatıb. Amma o, Suriyada başqa bir ad altında gələcək əməliyyatları istisna etməyib.

«Fərat Qalxanı» ötən avqustda başladılıb, türk əsgərləri, tankları və hərbi təyyarələri Azad Suriya Ordusu (FSA) üsyançılarını dəstəkləyərək «İslam Dövləti» (İŞİD) ekstremistlərini Türkiyənin sərhəd regionundan çıxarıblar. FSA üsyançıları Ankaranın «terrorçu» dediyi Suriya kürd döyüşçülərinə qarşı da savaşıblar.

Türkiyə və Birləşmiş Ştatlar prezidenti Bashar al-Assad hökumətiylə savaşan müxtəlif fraksiyaları dəstəkləyir, İranla Rusiya isə Assad-ın tərəfində durur.

Türkiyə hərbçiləri, hələlik, sərhəddə qalmaqdadır. Ankara heç vaxt «Fərat Qalxanı» əməliyyatına neçə əsgərin qatıldığını açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG