Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 12:48

Fransız aktrisa yenidən ADO-nun heyətində və teatr altıncı dəfə yeni ünvanda


ADO teatrının fransız aktrisası Elsa Furtado
ADO teatrının fransız aktrisası Elsa Furtado

Bir müddət öncə vizasının vaxtı bitdiyi üçün Azərbaycanı tərk etməli olan müstəqil teatr ADO-nun fransız aktrisası Elza Furtado yenidən teatrın kollektivinə qoşulub. Aktrisa növbəti ildə ADO Teatrının 5-ci il planı layihələrində ADO kollektivi ilə çalışacaq.

Həmçinin teatrdan Oxu Zalına verilən məlumata görə ADO teatrı növbəti, altıncı dəfə yeni ünvana köçüb. İndi o Mirzağa Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərəcək. ADO teatrının yeni məkanda açlışı aprelin 2-si baş tutacaq.

Buna da bax: Fransada indi yüz dəfə ayağa qalxmışdım, amma burda...

Xatıradaq ki, 2013-cü ildə ODA teatrı adıyla yaranan müstəqil teatr 2015-ci ildə adını ADO teatrı olaraq dəyişdirib. Bu il teatr özünün beş yaşını qeyd edəcək.

XS
SM
MD
LG