Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:08

Prezident BP təmsilçilərini qəbul edib


BP

Azərbaycan dövlət başçısı İlham Əliyev bu gün, martın 29-da BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Gary Jones-u və şirkətinin hasilat, transformasiya, karbon üzrə baş əməliyyat rəhbəri Gordon Birrell-i qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, görüşdə BP ilə Azərbaycan arasında əməkdaşlığın vacib məqamları müzakirə edilib.

G.Birrell deyib ki, gələn il «Şahdəniz-2» yatağından çıxarılan qaz Türkiyəyə, daha sonra 2020-ci ildə Avropaya ixrac olunacaq.

Görüşdə «Azəri-Çıraq-Günəşli» layihəsinin uzadılması ilə bağlı məsələlər müzakirə edilib.

XATIRLATMA

«Azəri-Çıraq-Günəşli» blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanılıb.

Layihə iştirakçıları BP (3.78%), «Chevron» (11.27%), «ExxonMobil» (8%), ONGC (2.72%), SOCAR (11.65%), «Inpex Corp.» (10.96%), «ITOCHU Oil» (4.3%), «Statoil» (8.56%) və TPAO (6.75%) şirkətləridir.

Bu blokdan Azərbaycan 125 milyard dollardan çox vəsait əldə edib.

BP Böyük Britaniyanın enerji şirkətidir. Bu şirkət 25 ilə yaxındır karbohidrogen ehtiyatlarının istismarı sahəsində Azərbaycanla əməkdaşlıq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG