Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 02:41

Putin-lə Rouhani Moskvada görüşüblər


V.Putin və H.Rouhani

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Hassan Rouhani ilə Moskvada geniş danışıqlar aparıb. Martın 28-də keçirilmiş danışıqlarda prezidentlər ölkələrinin Suriya münaqişəsindəki rolunu tərifləyiblər. Onlar Astanada Suriya üsyançıları ilə prezident Bashar al-Assad hökuməti arasındakı görüşdən də məmnunluq bildiriblər. Həmin danışıqlar Rusiya, İran və Türkiyənin dəstəyi ilə keçirilib. Amma Suriya müxalifəti bu ayın əvvəlində danışıqların üçüncü raundunu boykot edib.

Prezidentlər həmçinin, İranın dünya gücləri ilə nüvə sazişinə dəstək bildiriblər. Həmin sazişə görə, Tehran sanksiyaların yumşaldılması əvəzində nüvə proqramını məhdudlaşdırmağa razılaşıb. Putin-lə Rouhani bütün tərəfləri razılaşmaya əməl etməyə çağırıb və İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə tam qanuni hüquqlarına dəstək bildirib.

Onlar İranın Buşehr nüvə stansiyasında ikinci və üçüncü blokların tikintisini də müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG