Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:49

ABŞ Senatı Monteneqronun NATO üzvlüyünə razılıq verdi


ABŞ Senatı Monteneqronun NATO üzvlüyünə qəbulu üçün son razılığını verib.

AzadlıqRadiosu yazır ki, alyansın bir qədər də Şərqə uzandığını göstərən bu addım böyük bir ehtimalla Rusiyanı qəzəbləndirəcək.

Martın 28-də keçirilən səsvermədə senatorlar 97-2 nisbəti ilə bu Balkan ölkəsinin NATO-nun 28-ci üzvü olmasına razılıq veriblər.

Monteneqronun alyansa üzvlüyünə razılığa dair daha iki NATO üzvü olan ölkədə - İspaniya və Hollandiyada da səsvemə keçirilməlidir, lakin ABŞ Senatındakı səsvermə həlledici hesab olunur.

Bundan əvvəl Moskva Monteneqronun alyansa üzv olmasının qəti əleyhinıə olduğunu bildirmişdi.

Qonşusu Serbiya kimi Monteneqro da Rusiya ilə ortaq dil və mədəniyyət köklərinə malikdir. Üstəlik Kremlin dəstəklədiyi Oleq Deripaska da daxil bir sıra Rusiya zənginləri bu ölkəyə böyük investisiyalar yatırıblar.

Hətta Senat səsverməsindən əvvəl də Moskva bu addıma ciddi etirazını bildirmişdi.

Bir sıra Monteneqro siyasətçiləri Rusiyanı ötən il ölkədə baş vermis çevriliş cəhdinin arxasında durmaqda ittiham edirdilər.

Monteneqronun NATO üzvlüyünə Vaşinqtonun dəstəyi lap əvvəldən güclü idi, lakin bəzi müşahidəçilər güman edirdilər ki, Donald Trump-ın Rusiyaya barışdırıcı münasibəti bu dəstəyi zəiflədə bilər.

Burası da var ki, Senatdakı səsverməyə baxmayaraq yekun sənəd Donald Trump tərəfindən imzalanmalıdır.

Lakin ABŞ dövlət katibi Rex Tillerson səsvermədən əvvəl Senat üzvlərinə yazmışdı ki, Monteneqronun üzvlüyünə razılıq NATO-nun may ayına planlaşdırılmış sammitindən əvvəl verilməlidir.

Ötən həftə ABŞ-ın Avropadakı qüvvələrinin komandanı general Curtis Scaparrotti Senat komitəsinə bildirmişdi ki, Monteneqronun üzvlük müraciətinin rədd edilməsi alyansa qoşulmaq istəyən başqa ölkələrə yanlış mesaj göndərə bilər.

Rusiyanın Balkanlardakı ən yaxın müttəfiqi Serbiya da son vaxtlar NATO ilə yox, amma Avropa İttifaqı ilə yaxınlaşmağa cəhd göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG