Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:31

Martın 27-də Masallı rayon Məhkəməsi həbsdə olan ilahiyyatçı, maide.az saytının baş redaktoru Sərdar Babayevin həbs müddətini daha bir ay - aprelin 30-dək uzadıb.

Bu haqda AzadlıqRadiosuna S.Babayevin vəkili Cavad Cavadov bildirib.

C.Cavadov deyib ki, ilahiyyatçı barədə həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına heç bir ehtiyac yox idi.

«Sərdar Babayev istintaqdan gizlənən deyil. Həbsinə qədər istintaq orqanının bütün çağırışlarına əməl edib. İş üzrə şahidlər belə yoxdur. Bununla Babayevin həbsinin tam sifarişli olması bir daha təsdiqini tapır», - o qeyd edib.

S.Babayev Cinayət Məcəlləsinin 168-1.3 (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsi ilə ittiham olunur. Vəkil ittihamı əsasız sayır.

S.Babayev bu il fevralın 22-si həbs edilib.

Martın 16-da Şirvan Apellyasiya Məhkəməsi müdafiə tərəfinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətini rədd edib. Həmin gün prosesi izləməkdən ötrü Şirvan şəhərinə gedən Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri, ilahiyyatçı İlqar İbrahimoğlu və daha bir neçə şəxs də saxlanıb buraxılmışdı.

Bu il fevralın 22-si S.Babayev həbs edilərkən də Masallı rayonunda narazılıqlar olmuşdu. Bundan sonra bir neçə şəxs saxlanaraq inzibati qaydada həbs edilmişdilər.

Masallı rayon sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, S.Babayev moizələrində bir qayda olaraq ölkənin problemlərinə toxunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG