Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:46

'Azərbaycan ifadə azadlığının pozulması üzrə liderlərdəndir'


Avropa Şurası

«Avropanın əsas dəyərlərindən və standartlarından biri olan söz və ifadə azadlığı son illər ciddi şəkildə ziyan görüb. Bu cür proseslərin Avropa Şurasına üzv olan bir sıra ölkələrdə fəal şəkildə inkişaf etməsi xüsusilə üzücü haldır».

Martın 24-də Avropa Şurasında «İnsan hüquqları üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) və azad mətbuat birliyi arasında dialoqun təşviqi» mövzusunda keçirilən konfransda AİHM vitse-prezidenti András Sajó belə deyib.

O, belə ölkələr arasında Rusiya, Türkiyə və Azərbaycanın adını xüsusi vurğulayıb.

«Avropa Şurası bir təşkilat kimi öz əsaslarını sarsıdan bu proseslərdən ciddi narahatdır. Avropa Şurasının müdafiə etməli olduğu dəyərlər sıradan çıxarılır, onlar arasında söz və ifadə azadlığı da var», - deyən vitse-prezident bu dəyərlərin müdafiəsi yollarının və mexanizmlərinin axtarışının ciddi siyasi problemə çevrildiyini qeyd edib.

AİHM hakimi Robert Spano isə deyib ki, hökumətlər belə siyasətin nəticələrini dərk etməlidirlər. «Çünki Avropa Şurası heç bir halda baş verənləri sakit şəkildə müşahidə etməyəcək. Bəzi hökumətlər öz iradələrini Avropa Şurasına qəbul etdirməyə müvəffəq olacaqlarını düşünürlərsə, yanılırlar. Bəzi hökumətlər belə siyasətlə yalnız Avropa Şurasından uzaqlaşırlar», - o qeyd edib.

Natiqlər son zamanlar Avropa Şurasının ayrı-ayrı üzv ölkələrinin insan hüquqlarının pozulmasına görə tənqidləri önləməkdən ötrü açıq-aşkar korrupsiyadan istifadə etdiklərini vurğulayıblar. Belə ölkələr arasında Azərbaycanın da adı çəkilib, Azərbaycanın ifadə azadlığının pozuntusuna görə lider ölkələrdən olduğu ifadə edilib.

Azərbaycanın Avropa Şurasındakı rəsmi nümayəndəliyinin təmsilçiləri bu fikirləri təkzib ediblər.

Ölkə daxilində də hökumət üzvləri söz və mətbuat azadlığının pozulmasına dair tənqidləri qəbul etmirlər. Onlar, üstəlik, qeyd edirlər ki, heç bir qurum Azərbaycanla diktə tonunda danışa bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG