Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:44

MN: 'Ermənistan rəhbərliyi öz əhalisi haqqında düşünsün'


Serzh Sarkisian

«Serzh Sarkisian-ın bəyanatı onun itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv addımdır».

Ermənistan prezidenti Serzh Sarkisian-ın «Iskander» operativ-taktiki raketlərindən istifadə edilməsi ilə bağlı əmr verə biləcəyi haqda bu günlər səsləndirdiyi fikirlərə cavab olaraq bunu Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildiriblər.

Nazirliyin açıqlamasında deyilir ki, qarşı tərəfin işğal edilmiş ərazilərdə və Ermənistanda yerləşən bütün hərbi təyinatlı obyektləri Azərbaycan ordusunun müasir raket və artilleriya qurğularının daim hədəfindədir.

«Ermənistandan yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Odur ki, Ermənistan rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir», - deyə nazirliyin məlumatında bildirilir.

Ermənistan «Iskander» operativ-taktiki raketləri 2016-cı ildə Rusiyadan alıb.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf çoxlu itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Ara-sıra hər iki ölkədən bir-birlərinin ünvanına təhdidlər də eşidilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG