Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 04:05

Sürücü həbs olunub


Bakı-Sumqayıt şosesində qəza.

Bakı-Sumqayıt şosesində 6 nəfərin ölümü ilə nəticələnən qəzaya düşən mikroavtobusun sürücüsü barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna Abşeron rayon Məhkəməsindən məlumat verilib

Məhkəmənin qərarı ilə 50-BN-132 dövlət qeydiyyat nişanlı «Ford» markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Namiq Hüseynov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

Xəbərə görə, hadisə zamanı yol kənarında dayanmış «ZİL» markalı yük maşınının sürücüsü Elvin Şəmistanlı isə istintaqa cəlb edilsə də, həbs olunmayıb.

XATIRLATMA

Bu il martın 9-da «Ford» markalı mikroavtobus Bakı-Sumqayıt şosesində hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış «ZİL» markalı yük maşınına çırpılıb. Nəticədə 6 nəfər vəfat edib. 20-dən çox şəxs isə müxtəlif dərəcədə xəsarət alıb. Onlardan 4 nəfərinin müalicəsi davam edir. Ölən və xəsarət alanların əksəriyyəti tələbə olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG