Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:20

Rouhani-nin Moskva səfəri başlanır


Hassan Rouhani və Vladimir Putin

Martın 27-də İran prezidenti Hassan Rouhani-nin Rusiyaya ikigünlük səfəri başlanır. O, rusiyalı həmkarı Vladimir Putin-lə də görüşəcək.

Bu, İran liderinin mayın 19-da ölkəsində planlaşdırılan seçki öncəsi sonuncu xarici səfəridir.

İranın IRNA dövlət agentliyi bildirir ki, Rouhani və Putin bundan öncə, azı, 8 dəfə görüşüblər.

Rusiya hökuməti iki liderin ticarət, iqtisadiyyat və enerji məsələlərini müzakirə edəcəyini bildirir.

Amma beynəlxalq geosiyasi durumun, Suriya müharibəsinin, Yaxın Şərqdəki digər münaqişələrin də gündəmdə olacağı şəksizdir.

Rusiya və İran Suriya prezidenti Bashar-al-Assad hökumətini dəstəkləyir. Birləşmiş Ştatlar və Türkiyə isə bu ölkədə altı ildir gedən vətəndaş müharibəsində üsyançıların tərəfindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG