Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 00:10

Bu gün, martın 27-si Kiyevdə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova (GUAM) hökumətinin təmsilçiləri formatında görüş keçiriləcək.

Xəbəri Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Xəbərə görə, iştirakçılar müzakirələrin ilkin mərhələsində GUAM-ın azad ticarət zonası perspektivlərini nəzərdən keçirəcəklər.

Verilən məlumata görə, toplantıda qarşıya qoyulan daha bir məsələ birliyin nəqliyyat dəhlizinin yaradılması ilə bağlıdır.

Xəbərdə qeyd edilir ki, qurumun iclasında Azərbaycanı baş nazirin müavini İsmət Abasov, Gürcüstanı baş nazir Giorgi Kvirikashvili, Moldovanı hökumət rəhbəri Pavel Filip və Ukraynanı baş nazir Volodymyr Hroysman təmsil edəcəklər.

GUAM - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 1997-ci il oktyabrın 10-u Strasburqda əsasını qoyduqları birlik kimi fəaliyyətə başlayıb. Prezidentlərin imzaladığı sənəddə birliyin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlıq formatında yaradıldığı bəyan edilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG