Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:54

Sevinc Elsevərin uşaqlar üçün daha bir kitabı çıxdı


"Donu qırmızı" kitabının üz qabığı.
"Donu qırmızı" kitabının üz qabığı.

Yazıçı Sevinc Elsəvərin uşaqlar üçün yeni kitabı “Donu qırmızı” çapdan çıxıb. Kitab “Ayna, ayna, varmı məndən gözəl?” kitabından sonra Sevinc Elsevərin uşaqlar üçün yazdığı ikinci kitabıdır. “Xan” nəşriyyatında işıq üzü görən kitabda müəllifin “Nuhun gəmisində kosmosa səyahət”, “Donu qırmızı” romanlarıyla yanaşı, “Lokomotiv və vaqonları” adlı pyesi çap olunub. Kitabın üz qabığında və içində yer alan rəsmlərin müəllifi gənc rəssam Gülbəs Ayvazdır.

9 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan kitabın təqdimatı aprelin 2-si saat 15:00-da“Kitabevim.az” mağazasında keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG