Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:20

ABŞ prezidenti Donald Trump respublikaçı deputatları “Obamacare”-tibbi sığorta sisteminin dəyişdirilməsini nəzərdə tutan yeni qanun layihəsinə səs verməyə çağırıb.

Trump martın 23-də Nümayəndələr palatasının respublikaçı deputatlarına ultimatum verdiyi ultimatumda bildirilir ki, ya deputatlar artıq cümə günü keçmiş prezident Obamanın qəbul etdiyi bu sistemin ləğvinə səs verməli, ya da prezident tam öz gündəliyinin daha vacib elementlərinə keçməli və “Obamacare”yə qarşı kampaniyanı dayandırmalıdır.

Yəni ki, yeni qanun layihəsi indiki formada qəbul olunmasa 2010-cu ildə qəbul olunmuş sənəd qüvvədə qalacaq. Bu barədə martın 24-də Wall Street Journal məlumat yayıb.

Ağ ev və Respublikaçılar partiyasının rəhbərliyi martın 23-də bu islahatlarla bağlı Konqresdə keçiriləcək səsvermədə qələbə qazanacaqlarını düşünürdülər, amma yetərincə tərəfdar toplaya bilmədiklərindən bu baş tutmayıb.

Obamanın təklif etdiyi yeni tibbi sığorta sistemi 2010-cu ildə qəbul edilib.

Nəticədə 2014-cü ildən ölkədə tibbi sığorta məcburi olub və ölkədə tibbi sığortasızların sayı tarixi minimuma-təxminən 10%-ə enib.

Amma bunun nəticəsində büdcə xərcləri artıb.

Donald Trump “Obamacare” proqramını dövlət qurumlarına yük və israfçılıq sayır.

Bu proqramın ləğvi prezidentin seçkiqabağı kampaniyalar zamanı verdiyi əsas vədlərdən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG