Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:44

"Bizdən ayrılmayın. Mübarizəmizə qaldığımız yerdən davam edəcəyik"


Misirli rəssam Taha Qarninin əsəri.
Misirli rəssam Taha Qarninin əsəri.

Emin Əliyev

Şeirlər

Boşluğa

Qara, üstü tozlu miqrantların torpaqlarına geri dönməsi eşqinə barmaqlanır vətən sevgisi,

Avtobusda sağımda əyləşmiş yekə şirkət adamı yenə

Yenə kimisə alman ləhcəsində bir yerlərə yollayırdı

Allah qoysa qarantiyası ilə birlikdə; hiss etdim onda

Sabah mənim də vətənim qəzet başlıqlarına cümlə olmağa.

Xarici tv-lərdə boşluq doldurmaq şərəfinə layiqdir artıq.

.

Faciə budur - İqtidar mötərizə içində yazılır dünyanın hər yerində.

Amma bütün mötərizələr pozulur gec ya tez.

Yol hərəkəti qaydalarını pozmusunuz, İnkişaf prospektində, gənclər tıxaca düşüb.

Amma

Siz bizdən ayrılmayın.

Mübarizəmizə qaldığımız yerdən davam edəcəyik.

.

Burada insandan çox polis var.

Burada əsgərdən çox düşmən.

Hardasa şərqin ən isti yerində

Təyyarələr raket ifraz edir uzaqdan insanların başına.

Onlar isə uğur hesab edirlər bunu yenə də.

.

Şərqin ən uzaq yerində

Yer soyuqdan tir-tir əsir – Bunu hiss edən insanlar isə qorxurlar.

.

Bizim xarabalıqlarda isə,

Günəş göz vurur qar dənələri arxasından,

Bizə azadlıq üçün ümid verir.
Budur xoşbəxtlik.

Buna da bax: Demokratiya hardasa buralardadı (Şeirlər)

* * *

Nidalar

Səmada bir ildırım çaxır.

O ildırımdan oğlan qaçır.

Sanskritcə qışqırır

Mən ölməzəm ! Mən ölməzəm!

Qaya alıb kökün qabağını,

Gül isə əllərin yuxarı

Qaldırıb vəcdlə qışqırır:

Vurun məni ! Vurun məni !

* * *

Bağdad

Axşamdan sonraydı

Gecədən qabaq

Bağdadın yumru və gözəl illərinə baxıb şeir yazıram.

“Susmaq ya susmamaq?

Budur məsələ”.

* * *

Mühüm vəzifəli və çirkli dırnaqlar

Aktivist sızanaqları sıxdıqca

Onlar artır.

Axı bunu siyasi ekspert nənələr demişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG