Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 23:46

Yeni dərsliklərin ictimai müzakirəsi


Təhsil Nazirliyi

2017- 2018-ci tədris ilində ölkə məktəblərinin X siniflərindən ötrü nəzərdə tutulan yeni təhsil proqramları (kurikulumlar) əsasında ilk dəfə tərtib edilən dərsliklərə və həmin dərsliklər üzrə hazırlanan metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

Xəbəri Təhsil Nazirliyi yayıb.

Xəbərdə qeyd edilir ki, bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının «İctimai müzakirə» bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaq.

Xəbərə görə, sayta daxil olaraq «İctimai müzakirə» bölməsində yerləşdirilmiş istənilən dərsliyin, metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür.

XS
SM
MD
LG