Gələn həftə ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünü səsə qoyacaq. Bunu martın 23-də senat çoxluğunun lideri Mitch McConnell deyib.
Bu həftə Trump administrasiyası qanunvericiləri bu məsələdə tələsdirib. «Reuters» xəbər agentliyi martın 21-də yazıb ki, Dövlət katibi Rex Tillerson Senat liderlərinə məktubunda Monteneqronun NATO üzvlüyünün Birləşmiş Ştatların maraqlarına uyğun olduğunu vurğulayıb.
Monteneqronun NATO-da qoşulmasından ötrü alyansın 28 üzvü bu məsələni ratifikasiya etməlidir. Hələlik, 24 üzv bunu edib.
Senatdakı səsvermə aylardı iki respublikaçı senator tərəfindən əngəllənirdi. Rand Paul və Mike Lee alyansın genişlənməsinə qarşı çıxırdılar.