Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 04:32

Senatorlar İrana sanksiyaların sərtləşdirilməsini istəyir


Konqres

ABŞ-ın iki böyük partiyasından senatorlar martın 23-də qanun layihəsi irəli sürüb, İrana sanksiyaların sərtləşdirilməsini istəyirlər. Səbəb Tehranın ballistik raket sınaqları və digər qeyri-nüvə hərbi fəaliyyətidir.

Qanun layihəsinin müəllifi Senatın Xarici Əlaqələr Komitəsidir, Respublikaçılar və Demokratlar partiyalarından yeddi senator layihəni dəstəkləyir. Bu layihə prezident Donald Trump-ın Tehrana qarşı daha sərt mövqe tutduğunu göstərir və çox güman ki, Senatda qəbul olunacaq.

Komitə sədri Bob Corker deyib ki, layihənin hədəfi İranın Yaxın Şərqdə ABŞ-ın müttəfiqlərinə təhlükə törədən «sabitsizlik yaradan hərəkətləridir».

Qanun qəbul olunarsa, İranın ballistik raket proqramına daxil olan hər kəsdən ötrü sanksiyalar məcburi olacaq. Eləcə də İslam İnqilab Keşikçiləri Qvardiyasına sanksiyalar qoyulacaq.

ABŞ prezidentindən tələb olunacaq ki, BMT-nin İrana qarşı silah embarqosunu pozan hər hansı şəxs, yaxud qurumun hesablarını dondursun.

Günün bütün mövzuları

XS
SM
MD
LG