Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:11

Britaniya mediası yazır ki, polis bir gün öncə Britaniya parlamenti yaxınlığındakı terror hücumuyla əlaqədar Birminhem şəhərində bir mənzildə reyd keçirib. Dünənki hücumda, azı, 5 nəfər həlak olub.

Polis martın 23-də səhər tezdən keçirilmiş reyddən danışmağa hazır olmadığını bildirib. Amma «Sky News» və «The Press Association» adı çəkilməyən mənbələrə istinadla yazırlar ki, bu reyd 22 mart hücumuyla bağlı olub.

Həmin hücumda bir nəfər polis zabitini bıçaqlayıb, daha sonra maşını Vestminster körpüsü üzərindəki piyadaların üstünə sürüb. Polis hücum edəni güllələyib.

BBC hücumda istifadə olunan maşının Birminhem şəhərində icarəyə götürüldüyünü bildirib.

Hücumda 3 sakin də həlak olub. Polis hücumu bir nəfərin törətməsinə inandığını, amma antiterror təhqiqatını davam etdirdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG